DOSTLAR TAPDIĞIM SAYT HAQQINDA...Ferid Ruzgar
DOSTLAR TAPDIĞIM SAYT HAQQINDA
Muəllif : Ferid Rüzgar
ALLAHIN TƏRİFİ
Bizləri yaradan, ey Allahımız,
Hər bir şeyi səndən diləyərik biz.
Sənsən kainatda padişahımız.
Hər an, hüzurunda baş əyərik biz.
Sənə inanmışam, inanaram mən.
Sənə şükr etmişəm, edərəm yenə.
Hər nə istədimsə, çox görmədin sən.
Odur ki, ey Tanrım, şükr olsun sənə.
DOSTLUQ HAQQINDA
Bəzən, dərd insanı yaxır büs-bütün.
Qırılır ümidi, olmur əlacı.
Odur, ürəyini boşaltmaq üçün,
Onun da bir dosta var ehtiyacı.
Sənə həm qardaş, həm bacı tək yaxın,
Həyatda ən gözəl sirdaşındır dost.
Hərdən, olur sənin sevinc ortağın,
Hərdən də, bərabər göz yaşındır dost.
DOSTLAR TAPDIĞIM SAYT HAQQINDA
DİVANƏ adlı bir sayta baxdım.
Əyləncə tapmaqdı, xəyalım barı.
Sonra, bu xəyalı dərhal buraxdım.
çünki, burda tapdım əsl dostları.
Bir dost tapmaq idi çətin məsələm.
Bu sayt, məsələmin tam həlli idi.
Hər an istəyirəm, bu sayta gələm.
Bura, qəlbimə bir təsəlli idi.
MƏNDƏN DOSTLARA
**Divanəyə**
Yaxın dost bildiyim, əziz Divanə,
Səni ilk tanıdım bir admin kimi.
Sonralar, hörmətim çox artdı sənə.
Tez qazandın mənim qardaş sevgimi.
DİVANƏ ləqəbin arxasında sən,
Gizlətsən də belə sirli adını.
Səni divanə tək tanıyaram mən.
Bu adla göstərdin istedadını.
**Milanaya**
Mila, saf qəlbinlə, hörmətin ilə,
ürəkdə daimi qonaq olmusan.
Yanırıq hamımız həsrətin ilə.
Yaxına gələrək uzaq olmusan
Söhbətinlə qoydun, qəlblərdə izi.
Çünki, hər söhbətin şirin görünür.
Cəmi, iki aylıq tərk etdin bizi,
Gördüm, aramızda yerin görünür.
**Gülyaya**
Gülyacan, sənin də yoxdur bənzərin.
Səni, bu saytda, çox sevir hamı.
Sənin ən çalışqan tələbələrin,
Dəniz gözlərindən alır ilhamı.
Sənin tək mehriban, sənin tək əziz,
Həyatda ikinci bir Gülya hanı?
Sən çox sevimlisən. ürəyin təmiz.
Dost necə unutsun axı Gülyanı?
**Aydana**
Mənim əziz dostum, mehriban bacım,
ürəklər oxşayan sevimli Aydan.
Adınla, bu sayta işıq saçırsan.
Sanki, nur alırsan günəşdən, aydan.
Bizi bir neşə gün həsrətdə qoydun.
Sənsiz, aramiza hicran dolurdu.
Düzdür, bir həftəlik getdin. Amma ki,
Bir həftə, elə bil, bir il olurdu.
**Haqqında yaza bilmədiyim dostlara**
Raul, Emo, Smooch və s. dostlar,
Deməyin unutdum. Elə sanmayın,
Şer böyük olsun istəmədim mən.
Odur ki, siz məni yanlış anmayın.
Sizi digər dostdan ayrı tutmuram.
Sizə də, böyükdür hörmətim mənim.
Sizinlə tapıram təsəllimi mən.
Sizin yanınızdır mənim məskənim.
ÖZÜM HAQQINDA
Nəhayət, mən gəlib özümə зatdım.
Fəridəm. Soyadım Əliyev əlbət.
RüZGAR ləqəbilə yazib-yaratdim.
SİRLİ ADAM olub, qazandım hörmət.
Bəzən kədərliyəm, bəzən kədərsiz,
Bəzən, keçir günüm kefdə, damaqda.
ömür çox qısadır, zaman qədərsiz.
Bilməm, nə gözləyir məni qabaqda.


Tanisliga sadam yoldas Əliyev)))Ferid, her bir insanin qemide var , sevincide, amma insanlar ferqlidir,bezileri qem isigi ile insanlarin uzune kolge salir, bezileri ise sevinc isigi ile insanlarin uzune nur salir, Mes sen nur salanlardansan...Men inaniram ki, bir gun sen o,sevinc isiginla gozel bir qizin qelbindeki sevgi lampasini yandiracaqsan...Eminem gozel xasiyyetin ile ise sonra o, lampani ebedi mesele ceviresen...Sevinme butun bunlar zarafat idi
İyul 15, 2008 18:58